Bakı - APA. Bakıda “Standup Show” keçiriləcək.
Tədbirin təşkilatçısı ”Six Entertainments”dən APA-ya verilən məlumata görə, “Da!” duetinin çıxışı aprelin 3-də “Enerji club”da baş tutacaq.
Tamaşaçılar ilk dəfə olaraq Mahaçqaladan olan Mahmud və Məhəmməd adlı tanınmış yumor ustalarının çıxışını izləmək imkanı qazanacaqlar.
“Standup Show Baku”nun davamında tamaşaçıları DJ Twistin iştirakı ilə After Party və Elvin Bikoonun maraqlı çıxışı gözləyir.
Biletlərin qiyməti 30-150 manat arasındadır.