Bakı. Turan Şakir – APA. Türkiyənin tanınmış müğənnisi Nilufər Azərbaycana gələcək. APA-nın məlumatına görə, hava limanından birbaşa Qəbələyə yola düşəcək müğənninin sabah “Qafqaz Resort Otel”də konserti olacaq.
Nilufər Azərbaycanda iki gün qalacaq, iyunun 1-də doğum gününü Qəbələdə qeyd edəcək.