Bank Of Baku

Moldovanın rəsmi fan-klubu “Eurovision-2013”də Azərbaycana 8 bal verib

Moldovanın rəsmi fan-klubu “Eurovision-2013”də Azərbaycana 8 bal verib
# 06 may 2013 09:23 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Hər il olduğu kimi, bu il də “Eurovision” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin rəsmi «Ogae» fan-klublarının səsverməsi keçirilir.

 

APA-nın ogaeinternational.com-a istinadən verdiyi xəbərə görə, Moldovanın “Eurovision-2013” müsabiqəsində rəsmi fan-klubu olan “OGAE Moldova” Azərbaycana 8 bal verib.

 

“OGAE Moldova” 1 bal Sloveniyaya, 2 bal Norveçə, 3 bal Rusiyaya, 4 bal İtaliyaya, 5 bal İrlandiyaya, 6 bal İsveçə, 7 bal Ukraynaya, 10 bal Almaniyaya, 12 bal isə Danimarkaya verib.

 

Hələlik 6 ölkənin səsverməsinə görə, Danimarka 362 balla birinci, San-Marino 272 balla ikinci, Norveç isə 261 balla üçüncü yerdə qərarlaşıb.

 

Azərbaycanın rəsmi fan-klubu “OGAE Azərbaycan”ın səsləri hələ ki açıqlamayıb.

 

Qeyd edək ki, OGAE yalnız rəsmi fanatların rəyini öyrənmək məqsədi daşıyır və ümumi nəticələrə təsir etmir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR