Bank Of Baku

Moskva Beynəlxalq Kinofestivalının əsas mükafatını türk filmi alıb

Moskva Beynəlxalq Kinofestivalının əsas mükafatını türk filmi alıb
# 01 iyul 2013 14:44 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bu il Rusiyada keçirilən 35-ci Moskva Beynəlxalq Kinofestivalının əsas mükafatını türk filmi alıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fədakar türk qadınından söz açan “Zərrə” filmi festivalın əsas mükafatına layiq görülüb. Münsiflər heyətinin sədri, İran rejissoru və yazıçısı Möhsün Məhməlbaf “Qızıl Müqəddəs Georgi” mükafatını filmin yaradıcılarına təqdim edib.

 

Rejissoru Ərdəm Çəpəgöz olan filmin aktrisası Jalə Arıkan ən yaxşı qadın roluna görə mükafata layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR