APA-nın müsabiqəsinin rəsmi saytına istinadən yaydığı məlumata görə, müsabiqənin icraçı direktoru Yan Ola Sand bildirib ki, Avropada baş verən böhrana baxmayaraq, Avropanın əksər ölkələri bu ənənəni davam etməyə razı olduğunu bildirib.
Bosniya və Herseqovina, Portuqaliya və Slovakiyanın böhran səbəbindən müsabiqədən çıxmasından təəssüfləndiyini qeyd edən Y. O. Sand iştirakını təsdiqləyən ölkələrin siyahısını açıqlayıb. Bunlar Albaniya, Avstriya, Ermənistan, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniyadır.
Xatırladaq ki, “Eurovision-2013” mahnı müsabiqəsi İsveçin Malmö şəhərində mayın 14-ü (I yarımfinal), 16-sı (II yarımfinal) və 18-də (final) baş tutacaq.