Bakı. Aygül Rzayeva – APA. “Eurovision - 2012” mahnı müsabiqəsinin iştirakçısı Sәbinə Babayeva “Oceans away” mahnısının təqdimatını keçirib. APA-nın məlumatına görə, mahnının müəllifi müğənni və bəstəkar Emindir.
Keçirilən təqdimatda Səbinə “Oceans away” mahnısını orijinal lirik üslubda və remiks variantda ifa edib. Emin video-müraciət vasitəsilə S. Babayevanı təbrik edib və yaradıcılığında ona uğurlar arzulayıb.
Səbinə isə mahnıya görə Eminə öz təşəkkürünü bildirib: “Bir ifaçının digərinə dəstәk verməsi çox nadir haldır və məhz bu səbəbdən “Oceans away” mahnısına görə Eminə minnətdaram. Bu, mənim üçün böyük hədiyyədir.”
Təqdimatdan sonra Səbinə Babayeva mini-konsertlə çıxış edib və öz repertuarı ilə bərabər, caz parçaları da ifa edib.