Bank Of Baku

Ukrayna “Junior Eurovision 2013”ün ölkədə keçirilməsi ilə bağlı müraciət edib

Ukrayna “Junior Eurovision 2013”ün ölkədə keçirilməsi ilə bağlı müraciət edib
# 05 yanvar 2013 13:17 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Ukraynanın baş naziri Nikolay Azarov “Junior Eurovision 2013”ün ölkəsində keçirilməsi üçün müraciət edib. APA-nın Ukrayna KİV-nə istinadən yaydığı xəbərə görə, baş nazir bildirib ki, ötən ilin son ayı Amsterdamda keçirilən müsabiqənin qalibi məhz Ukrayna olub və bu qalibiyyətdən sonra yarışma məhz Ukraynada keçirilməlidir. Bu müraciətə yanvarın sonunda cavab veriləcəyi gözlənilir.

 

N.Azarov onu da deyib ki, müsabiqəyə hazırlıq məsələləri ilə bağlı dövlətin dəstəyi ilə ictimai şuranın yaradılmasını təklif edir. Eyni zamanda bununla bağlı baş nazir Ukraynanın tanınmış dizayneri Diana Dorojkinoya da hazırlıqla bağlı müraciət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR