Azərbaycanlı jurnalistin Türkiyəyə girişi qadağan edilib

Azərbaycanlı jurnalistin Türkiyəyə girişi qadağan edilib
# 20 aprel 2016 12:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Rusiyanın “Sputnik” İnformasiya Agentliyinin baş redaktoru Tural Kərimovun Türkiyəyə girişinə qadağa qoyulub.

APA-nın məlumatına görə, jurnalist bu barədə “RIA Novosti”yə açıqlamasında deyib. Əslən azərbaycanlı olan jurnalist bildirib ki, Türkiyə onun akkreditasiyasını ləğv edib. İstanbuldakı “Atatürk” hava limanında onun press-kartını və yaşayış icazəsini göstərən sənədini alıblar. Rusiya insan haqları üzrə prezident şurasının rəhbəri Mixail Fedotov hesab edir ki, Türkiyənin və digər ölkələrin jurnalist cəmiyyətləri Türkiyə hökumətinin bu qərarına yenidən baxmasına nail ola biləcək.

Xatırladaq ki, aprelin 14-də Türkiyədə Rusiyanın “Sputnik” agentliyinin saytı blok edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR