Kürdəmirdə ev yanıb

Kürdəmirdə ev yanıb
# 21 mart 2016 06:02 (UTC +04:00)

Bakı-APA Bu gecə Kürdəmirdə ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Cəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə, 2-ci mərtəbədə 3 otağın yanar konstruksiyaları və dam örtüyü 101 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR