Göyçayda yaşayış evində yanğın olub

Göyçayda yaşayış evində yanğın olub
# 28 yanvar 2016 05:55 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün saat 07:30 radələrində rayonun Ləkçiplaq kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Ramin Ramiz oğluna məxsus evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ümumi sahəsi 240 kvadratmetr olan 4 otaqlı evin 110 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

FHN-nin yaydığı xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR