Peterburqda minik avtomobili mikroavtobsla toqquşub, 9 nəfər xəsarət alıb

Peterburqda minik avtomobili mikroavtobsla toqquşub, 9 nəfər xəsarət alıb
# 22 aprel 2017 02:28 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində ağır yol qəzası baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, minik avtomobili ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumat əsasən, qəza zamanı minik avtomobilində sürücü və üç yeniyetmə, mikroavtobusda isə beş nəfər yaralanıb. İlkin versiyaya görə, qəzaya səbəb minik avtomobilinin mikroavtobusun hərəkət etdiyi qarşı zolağa çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR