Bakı sakini Qazaxda bıçaqlanıb

Bakı sakini Qazaxda bıçaqlanıb
# 22 iyul 2018 23:06 (UTC +04:00)

Qazaxda bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qazax şəhərində kirayə yaşayan Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Əli Əlimuradov münaqişə zəminində kürək nahiyəsindən bıçaqlanıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Ə. Əlimuradov tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyib.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR