Nyu-Yorkun baş prokuroru Trampa qarşı istintaqı davam etdirəcək

Nyu-Yorkun baş prokuroru Trampa qarşı istintaqı davam etdirəcək
# 10 noyabr 2016 01:05 (UTC +04:00)

Nyu-Yorkun baş prokuroru Erik Şneyderman ABŞ-da keçirilmiş prezident seçkilərində qələbə qazanmış Donald Trampa qarşı istintaqı davam etdirəcək.

APA-nın xəbərinə görə, bu barədə “Politiko” saytı məlumat verib.

Məlumata əsasən, söhbət iki istintaq araşdırmasından gedir. Sentyabrda Donald Trampın başçılıq etdiyi xeyriyyə fondunun bir sıra şübhəli sövdələşmə iştirakçısı olduğu məlum olub.

Digər istintaq araşdırmasında milyardçının 2005-ci ildə təsis etdiyi universitetinin adı hallanır. İddiaya görə, tələbələr ödədikləri külli miqdarda pulun müqabilində lazımi səviyyədə təhsil ala bilməyiblər.

Qeyd edək ki, bundan əvvəllər Tramp ona qarşı olan bütün ittihamları rədd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR