Gəncədə evdə qaz sızmasından partlayış olub, xəsarət alanlar var - YENİLƏNİB

Gəncədə evdə qaz sızmasından partlayış olub, xəsarət alanlar var - YENİLƏNİB
# 02 fevral 2020 11:18 (UTC +04:00)

Xəbərə fotolar əlavə edilib.

***

saat 09.12

Gəncədə evdə partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Qəsəbə yaşayış massivində qeydə alınıb.

1952-ci il təvəllüdlü Bayramova Məryəm Hüseyn qızı və 1954-cü il təvəllüdlü Rzayeva Pəri İsmayıl qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisəyə səbəb qaz balonundan qaz sızması olub. Partlayış yemək bişirilərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR