Bakıda mağazadan oğurluq edilib.
Bu barədə APA-ya DİN-dən bildirilib. Məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-dan 28-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 546 manat dəyərində çay oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini X.Əsgərov saxlanılıb.