“Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə insan, o cümlədən qadınlarımız əsir və itkin düşüb. Biz bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarla çalışırıq”.
APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının Bakıda keçirilən ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən millət vəkili Sahibə Qafarova bildirib.
S. Qafarova deyib ki, münaqişə zonasında olan qadınların reabilitasiyası istiqamətində də işlərə diqqət yetirilməlidir: “Azərbaycan hökumətinin bu istiqamətdə səylərinə baxmayaraq, qaçqın və məcburi köçkün qadınların heç də hamısı cəmiyyətə tam inteqrasiya olmayıblar. Çünki o insanlar doğma torpaqlarına qayıtmaq istəyirlər. İşğal olunmuş ərazilərdən qovulmuş insanların hüquqları bərpa olunmalıdır”.
Aİ - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclasında qaçqın və köçkün qadınların problemi qaldırılıb
08 may 2018 08:34 (UTC +04:00)
Sosial
Ədliyyə Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb
19:12
15 may 2024
Nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib
18:57
15 may 2024
FHN-in Cənub Regional Mərkəzi Lənkəranda birgə nəzəri-praktiki tədbir keçirib
18:17
15 may 2024
Şəkərli diabet xəstələrinin dərman təminatında yaranmış problemə aydınlıq gətirilib
18:17
15 may 2024