Putin və Obama İrana dair razılaşmanı müzakirə ediblər

Putin və Obama İrana dair razılaşmanı müzakirə ediblər
# 16 iyul 2015 03:34 (UTC +04:00)

Bakı-APA. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama İrana dair razılaşmanı müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Obama təyyarənin göyərtəsindən Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi yaradıb. Liderlər İranın nüvə proqramı ilə bağlı Birgə tədbirlər planına dair “5+1” qrupunun razılaşmasını müzakirə ediblər”, deyə məlumatda bildirilir.

Kremlin məlumatına görə, prezidentlər İrana dair danışıqların nəticələrini müzakirə edərək əldə olunan razılaşmanı yüksək qiymətləndiriblər. Prezidentlər dünyada təhlükəsizliyin təmin olunması məsələsində ikitərəfli dialoqun rolunu qeyd ediblər.

Telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR