Bakıda qəza nəticəsində komaya düşən şəxs 75 gün sonra ölüb

Bakıda qəza nəticəsində komaya düşən şəxs 75 gün sonra ölüb
# 06 fevral 2020 16:40 (UTC +04:00)

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb. Belə ki, ötən il noyabrın 23-də yolu keçmək istəyən piyada, Hacıqabul rayon sakini, 1993-cü il təvəllüdlü Xanlarov Elman Əlimurad oğlunu avtomobil vurub.

E. Xanlarov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

E. Xanlarov uzun müddət komada qalmasına baxmayaraq, bu gün günorta saatlarında vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR