Quba sakinindən narkotik və silah-sursat götürülüb

Quba sakinindən narkotik və silah-sursat götürülüb
# 10 fevral 2016 12:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Quba rayonunda narkotik vasitə və silah-sursat aşkarlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarvan kəndində Quba rayon sakini Sədrəddin Dadaşovdan 1 kiloqram 644 qram tiryək, 2 kiloqram 465 qram marixuana, nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR