Məhkəmə sağlamlığa zərər vurmaqda təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarıb

Məhkəmə sağlamlığa zərər vurmaqda təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarıb
# 27 aprel 2016 15:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirləndirilən Məsim Mikayılovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin edib və onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, M. Mikayılov sevdiyi qız Aysel Məmmədovanı evlənmək məqsədi ilə qaçırıb. Daha sonra onların arasında münaqişə yaranıb. A.Məmmədova Məsim tərəfindən döyüldüyünü bildirib. Sabunçu rayon Məhkəməsinin hökmü ilə M. Mikayılov 300 manat cərimə edilib. Lakin hökmdən narazı qalan M.Mikayılov və zərərçəkmiş şəxs Aysel Məmmədova apellyasiya şikayətləri verib. M. Mikayılov bəraət verilməsini, A. Məmmədova isə ona daha ağır cəza verilməsini istəyib.

M. Mikayılov Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR