Bank Of Baku

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub - FOTO

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub - FOTO
# 09 noyabr 2026 10:16 (UTC +04:00)

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, Azərbaycanın İrandakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Tehrandakı "İstiqlal" hotelində tədbir keçirilib.

Tədbirdə İranın dövlət və hərbi rəsmiləri, müxtəlif ölkələrin səfirləri, hərbi attaşeləri, diplomatlar və media nümayəndələri iştirak ediblər.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə çıxışında 44 günlük Vətən müharibəsini Azərbaycan tarixində dönüş nöqtəsi kimi xarakterizə edib.

Səfir Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına, mülki şəxslərin qətlə yetirilməsinə, tarixi və dini abidələrin dağıdılmasına, müharibə cinayətlərinin və insanlıq əleyhinə cinayətlərin törədilməsinə diqqət çəkib.

Ə.Əlizadə qeyd edib ki, 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi, Azərbaycan Ordusunun hərbi qüdrəti və xalqın birliyi bütün dünyaya nümayiş etdirilib.

Səfir son altı ildə azad edilmiş ərazilərin bərpası üçün dövlət büdcəsindən təxminən 17 milyard dollar vəsait ayrıldığını bildirib. Qeyd edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində hazırda həmin ərazilərdə 100 mindən çox insan yaşayır, işləyir və təhsil alır.

Ə.Əlizadə, həmçinin təxminən 30 il işğal altında olmuş Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsinin bərpasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu ərazilərdə tikinti və infrastruktur layihələri həyata keçirilir, iki ölkənin sərhədində yeni Ağbənd-Kəlalə körpüsünün açılışı isə yaxın aylara planlaşdırılıb.

Səfir bu layihələri Azərbaycanın İranla münasibətlərin inkişaf etdirilməsi və əməkdaşlığın gücləndirilməsi istiqamətində qətiyyətinin göstəricisi kimi qiymətləndirib.

Qeyd edək ki, dünən Təbrizdə də Azərbaycan Respublikasının konsulluğu tərəfindən Zəfər Günü münasibətilə mərasim təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR