Eldəniz Quliyev barəsində məhkəmə qərarı elan olunub

Eldəniz Quliyev barəsində məhkəmə qərarı elan olunub
# 30 oktyabr 2014 09:17 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub.

Məhkəmənin qərarı ilə E. Quliyev 480 saat müddətində ictimai işlərə cəlb olunmalı və 1000 manat cərimələnməlidir.

Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvəndə saxlanılıb.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bundan sonra R.Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR