Şabran. Vəli Turan - APA. Şabran rayonunda intihar hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Liman kəndi ərazisində yerləşən fermalardan birinin ərazisində baş verib. Rayon sakini Bədəlov Amil Asvar oğlu özünü asıb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.