Saday Şəkərlinin cəzası 10 ildən 5 ilə endirilib

Saday Şəkərlinin cəzası 10 ildən 5 ilə endirilib
# 03 avqust 2016 12:17 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə onun ittiham oldunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi 182.2.4-cü müddəsinə tövsif edilib. Onun cəzası 10 ildən 5 ilə endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.


O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.



S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR