Bakıda 8 otaqlı evdə yanğın olub

Bakıda 8 otaqlı evdə yanğın olub
# 04 mart 2016 15:22 (UTC +04:00)

Bakı-APA. Bakıda iki yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 112 kvadratmetr olan ikimərtəbəli (hər mərtəbəsi 56 kv.m) 8 otaqlı evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 56 kv.m sahədə, birinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 35 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Xətai rayonunda üçmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 61 kvadratmetr olan 3 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 12 kv.m sahədə və ev əşyaları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR