Bank Of Baku

ABŞ-da stadionda atışmada iki nəfər ölüb, on nəfər yaralanıb - YENİLƏNİB

ABŞ-da stadionda atışmada iki nəfər ölüb, on nəfər yaralanıb - YENİLƏNİB
# 31 avqust 2019 12:20 (UTC +04:00)

ABŞ-ın Alabama ştatının Mobil şəhərində Ledd-Pibl stadionunda atışmada iki nəfər ölüb, on nəfər yaralanıb.

APA-nın "The Sun" nəşrinə istinadən verdiyi məlumata görə, münaqişə avqustun 30-da iki məktəb komandasının futbol qarşılaşmasından sonra baş verib.  

Atışmada zərərçəkənlər 15-18 yaşlı şəxslər olub. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan beşinin vəziyyəti çox ağırdır.

Polisin iki nəfəri saxladığı bildirilsə də, hadisəni törədən şəxslər hələlik müəyyən olunmayıb. Hadisə yerində hüquq-mühafizə orqanları işləyir.

***

10.17

ABŞ-ın Alabama ştatının Mobil şəhərində futbol stadionunda atışma baş verib.

APA-nın TASS-a istinadən xəbərinə görə, atışma nəticəsində 10 nəfər xəsarət alıb. Atışma “Ladd-Peebles Stadium”da futbol oyunundan sonra baş verib. 

Şəhər polisinin verdiyi məlumata əsasən, xəsarət alanlar 15-18 yaş arasında olan şəxslərdir. Onlardan 5-nin vəziyyəti ağırdır. 

Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR