ABŞ-ın “Southwest Airlines” aviaşirkətinin iki sərnişin təyyarəsi Tennessi ştatının Naşvill şəhər beynəlxalq hava limanında yedəyə alınma zamanı toqquşub.
APA “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “WSMV” telekanalı məlumat yayıb.
Məlumata görə, insident zamanı təyyarələrdən biri digərinin qanadını zədələyib. Hadisə nəticəsində xəsarət alan olmayıb, hər iki təyyarə müvəqqəti uçuşlardan kənarlaşdırılıb.