ABŞ-ın Texas ştatında silahlı insident baş verib.
APA CNN-ə istinadla xəbər verir ki, şənbə günü El Pasoda yerləşən “Walmart” ticarət mərkəzində atışma olub.
İlkin məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu məlumat rəsmi təsdiqini tapmasa da ölən və yaralananların artacağı istisna edilmir.
Yerli CBS telekanalının məlumatında deyilir ki, silahdan atəş açan şəxslərin şəxsiyyəti hələ ki, müəyyənləşməyib.
Hadisə yerinə hüquq-mühafizə orqanları ilə yanaşı, xilasedicilər və Təcili Yardım briqadası cəlb edilib.