ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb, 16 nəfər yaralanıb.
APA-nın məlumatına görə, bu barədə yerli polis məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl avqustun 3-də ABŞ-ın Texas ştatının El Paso şəhərindəki "Sielo Vista" ticarət mərkəzində silahlı şəxsin insanlara atəş açması nəticəsində 20 nəfər ölüb.
***
saat 11.53
ABŞ-ın Deyton şəhərində atışma nəticəsində 7 nəfərin öldüyü ehtimal edilir.
APA-nın məlumatına görə, bu barədə "Dayton Daily News" nəşri məlumat yayıb.
Hadisə yerinə təcili yardım maşınları gəlib.
Polis araşdırma aparır.
Qeyd edək ki, bundan əvvəl avqustun 3-də ABŞ-ın Texas ştatının El Paso şəhərindəki "Sielo Vista" ticarət mərkəzində silahlı şəxsin insanlara atəş açması nəticəsində 20 nəfər ölüb.
***
saat 11.23
Bu gün ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma olub, 7 nəfər yaralanıb.
APA-nın xəbərinə görə, bu barədə "Dayton Daily News" nəşri məlumat yayıb.
Hadisə şəhərin Oreqon rayonunda baş verib.
İnsanları 2 nəfərin atəşə tutduğu ehtimal edilir.