ABŞ İsrailin Livana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşmağından qorxur

ABŞ İsrailin Livana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşmağından qorxur
# 16 iyun 2024 00:47 (UTC +04:00)

Qəzza zolağında davam edən müharibə fonunda Hizbullah hərəkatının fəal olduğu İsrailin Livanla sərhədində vəziyyət getdikcə gərginləşir.

APA xəbər verir ki, “CBS News”-un məlumatına görə, ABŞ orada yeni cəbhə aça biləcəyindən narahatdır və bu, İsrailin Amerika silahlarına ehtiyacını artıracaq.

Məlumatda qeyd olunur ki, Qəzza zolağında gedən müharibənin başladığı ötən ilin oktyabrından bu günə kimi Bayden administrasiyası müharibənin genişlənmə ehtimalını azaltmaq üçün çalışır.

İndi də rəsmi Vaşinqton İsrailin Livan ərazisinə hücumlarının son vaxtlar intensivləşməsi fonunda Hizbullahın fəaliyyətini neytrallaşdırmaq üçün İsrail ordusunun genişmiqyaslı əməliyyatlara hazırlaşmasından qorxur.

“CBS News”un Vaşinqton rəsmilərinin narahatlıqları haqda dərc etdiyi xəbərdə deyilir: “İsrailə raket hücumlarının sayının artması gözlənilməz nəticələrə gətirib çıxara bilər ki, buna da İsrail cavab vermək məcburiyyətində qalacaq və bu da öz növbəsində gözlənilməz müharibəyə gətirib çıxara bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR