“Türkiyənin Suriyanın şimalında əməliyyat keçirməsi qəbuledilməzdir”.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu bəyanatla ABŞ-ın Müdafiə naziri Mark Esper çıxış edib.
O, rəsmi Ankara ilə razılaşma əldə edəcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, avqustun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyanın şimalında PKK terror təşkilatının Suriya qolu sayılan PYD və YPG-yə qarşı hərbi əməliyyata başlayacağını bildirib.