Bank Of Baku

ABŞ-ın neft ehtiyatları yenidən azalıb

ABŞ-ın neft ehtiyatları yenidən azalıb
# 31 iyul 2019 13:51 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (22-26 iyul) yekunlarına görə, ABŞ-da neft ehtiyatları yenidən azalıb.

"APA-Economics"in API-yə istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 6,02 mln. barel azalaraq 443,02 mln. barel təşkil edib.

Məlumata əsasən, bir həftə öncə API-nin proqnozlarına görə, ABŞ-ın neft ehtiyatları 10,96 mln. barel azalmalı idi.

Xatırladaq ki, proqnozlara görə, 2019-cu ildə ABŞ-da gündəlik neft hasilatı rekord həddə – 12,36 mln. barelə çatacaq. Ötən il bu göstərici öz maksimumuna çataraq 10,96 mln. barel təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR