Bu ilin yanvar ayında Azərbaycan 7 697,16 min ABŞ dolları dəyərində 152 149,79 min kVt-saat elektrik enerjisi ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi məlumat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri ötən ilin yanvar üzrə göstəricisi ilə müqayisədə 30,8%, həcmi isə 38,8% azalıb.