Bank Of Baku

Bu gün ABŞ orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsindən çıxır

Bu gün ABŞ orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsindən çıxır
# 02 avqust 2019 13:49 (UTC +04:00)

ABŞ rəsmən orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxır.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxması prosesi bu gün başa çatır. 

Qeyd edək ki, orta və yaxın mənzilli raketlərin ləğv edilməsi üzrə müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb.

2014-cü ildə ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib.

2018-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bu razılaşmadan geri çəkildiyini bildirib.

Ötən ay Rusiya orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsindən çıxıb. Rusiya Prezidenti Vladimir Putin bununla bağlı federal qanunu imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR