ABŞ Prezidenti Donald Tramp avqustun 31-də Polşaya rəsmi səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə Polşa Prezidenti Administrasiyasının rəhbəri Kşıştof Şerski məlumat yayıb.
D.Tramp sentyabrın 1-də Polşanın paytaxtı Varşavada keçiriləcək İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümünə həsr edilmiş tədbirlərdə iştirak edəcək.
Səfər sentyabrın 2-də başa çatacaq.