Bank Of Baku

Donald Tramp: "Yaxın zamanda Çinlə müzakirələrə başlayacağıq"

Donald Tramp: "Yaxın zamanda Çinlə müzakirələrə başlayacağıq"
# 26 avqust 2019 11:37 (UTC +04:00)

"Yaxın zamanda Çinlə müzakirələrə başlayacağıq".

APA-nın "France Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Fransanın Biarritz şəhərində keçirilən "G7" sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Donald Trampın sözlərinə görə, ötən gecə Çin tərəfi ABŞ-ı təmsil edən nümayəndə heyətinə zəng edərək müzakirə masasına dönmək istədiyini bildirib.

“Biz tezliklə müzakirələrə başlayacağıq. Düşünürəm ki, razılaşma əldə edə biləcəyik. Çin öz tədarük zəncirini itirmək istəmir. Çinlə çox ciddi danışmağa başlayacağıq”, - deyə D. Tramp qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR