Ermənistanda təxminən 50 nəfər eklerdən zəhərlənib

Ermənistanda təxminən 50 nəfər eklerdən zəhərlənib
# 07 fevral 2020 05:37 (UTC +04:00)

Ermənistanın Syunik və Lori bölgələrində 50-yə yaxın sakin eklerdən zəhərlənmə nəticəsində bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Yanvarın 27-dən fevralın 6-dək bağırsaq infeksiyası əlamətləri olan 49 nəfər yüksək hərarət, ishal, qusma ilə Ermənistanın Syunik və Lori bölgələrindəki xəstəxanalara çatdırılıb. Xəstələrin hamısı “Zeytun” firmasının hazırladığı ekleri yediklərini bildirib”, - deyə nazirlik bildirib. Hazırda xəstəxanalarda 41 nəfərin olduğu qeyd edilir.

Dövlət Qida Təhlükəsizliyi Xidmətinin “RİA Novosti”yə verdiyi məlumata görə, “Zeytun” firmasında yoxlamalar aparılıb. Sanitar-gigiyenik normaların pozulması aşkar edilməyib, lakin firmanın ekler hazırlanmasına görə təhlükəsizlik sertifikatına malik olmadığı üzə çıxıb. İstehsalçıya satışa çıxarılmış bütün məhsulları geri çağıraraq məhv etməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR