Venesuela müxalifətinin lideri Guaydonun ABŞ-dakı nümayəndəsi Karlos Vekko Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla görüşə hazır olduğunu bildirib.
APA “RİA Novosti”yə istinadla bildirir ki, o, Milli Mətbuat Klubunda jurnalistin Lavrovla görüşməyə hazır olub-olmadığını sualına müsbət cavab verib:
"Bəli, ölkəmiz üçün sülh yolunun tapılması üçün hər kəslə görüşməyə hazıram".