Kolumbiyada narkotik alverçilərinin iki tabutda daşımaq istədiyi 300 kiloqram marixuana polis tərəfindən dövriyyədən çıxarılıb.
APA “Life”a ustunadən xəbər verir ki, narkotiklərin olduğu avtomobil nəzarət-buraxılış məntəqələrinin birində saxlanılıb.
Avtomobilin sürücüsü saxlanılıb, narkotik vasitələr isə müsadirə olunub. Hazırda polis həmin “yük”ün sifarişçilərini və daşınmalı olduğu ünvanı dəqiqləşdirməyə çalışır.