Meksikanın Quanaxuato ştatında “Pemex” şirkətinin boru kəmərində baş vermiş partlayış nəticəsində azı iki nəfər ölüb.
APA “Financiero” nəşrinə istinadən xəbər verir ki, söhbət boruya qanunsuz müdaxilədən gedir.
Hadisə yerində şirkətin əməkdaşları, polis və xilasedicilər işləyir. Partlayış bölgəsində təxliyyə işləri aparılıb.
Qeyd edək ki, bu ilin yanvarında İdalqo ştatında neft borusuna qanunsuz müdaxilə nəticəsində güclü partlayış baş vermiş və yüzlərlə insan borudan neft oğurlamışdı. İnsident nəticəsində, həmçinin 135 nəfər ölmüşdü.