Meksikanın Nekstlalpan bələdiyyəsində qaz sızması səbəbindən əhalinin kütləvi köçürülməsi həyata keçirilib.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbçilər sakinlərin daxil olmaması üçün yaşayış evlərindən 1 km aralıqda qaz sızmasının müşahidə olunduğu bölgəni hasara alıb, eləcə də yaxınlıqdakı evlərdən təxminən 1,8 min nəfər təxliyyə olunub”, - qurumun yaydığı açıqlamada belə deyilir.
Rəsmi məlumata görə, xəsarət alan olmayıb. Hadisəyə səbəb kimi dövlətneft-qaz şirkəti “Pemex”ə məxsus qaz borusuna qeyri-qanuni müdaxilə göstərilir. Qəzanın aradan qaldırılması yaxın sutkalarda tam mümkün olacaq.