Bank Of Baku

Pompeo danışıqlar üçün Tehrana getməyə hazır olduğunu deyib

Pompeo danışıqlar üçün Tehrana getməyə hazır olduğunu deyib
# 26 iyul 2019 01:58 (UTC +04:00)

ABŞ dövlət katibi Mayk Pompeo ehtiyac olarsa danışıqlar üçün Tehrana getməyə hazır olduğunu bildirib.

APA xəbər verir ki, o bu barədə “Bloomberg”ə açıqlamasında deyib.

“Əlbəttə, lazım gələrsə, məmnuniyyətlə gedərəm ora”, - deyə Pompeo bununla bağlı ünvanlanmış sualın cavabında qeyd edib.

Pompeo bildirib ki, ABŞ da İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifi belə bir imkandan məhrum etmir:

“Zərif Nyu-Yorka gələndə onun üçün avtomaşın ayrılır, o, ABŞ-ın ən gözəl şəhərlərindən birini gəzir, KİV-də çıxış edir, Amerika ictimaiyyətinə müraciət edir. O, Amerika radio və televiziyasında İran propaqandasını yeridir”, - dövlət katibi belə deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR