ABŞ Prezidenti Donald Tramp Cuzeppe Kontenin İtaliyanın Baş naziri vəzifəsində qalacağına ümid edir.
APA-nın xəbərinə görə, bu barədə D. Tramp öz rəsmi “Twitter” səhifəsində qeyd edib.
“Dərin hörmət bəslədiyim Baş nazir Cuzeppe Konte İtaliyanı G7 sammitində yüksək səviyyədə təmsil etdi. O, öz ölkəsini çox sevir və ABŞ-la yaxşı əməkdaşlığı dəstəkləyir. Çox istedadlı insandır. Ümid edirəm ki, o Baş nazir vəzifəsində qalacaq”, - deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, Cuzeppe Konte avqustun 20-də istefa verib, lakin vəzifəsinin icrasını davam etdirir.