Bank Of Baku

Tramp "Dorian" qasırğasını ABŞ üçün ciddi problem adlandırıb

Tramp "Dorian" qasırğasını ABŞ üçün ciddi problem adlandırıb
# 02 sentyabr 2019 00:21 (UTC +04:00)

“Dorian” ABŞ tarixində ən güclü qasırğalardan biridir və ölkə üçün ciddi problemlər yaratmağa qadirdir.

APA xəbər verir ki, bu sözləri ölkə prezidenti Donald Tramp Ağ Ev qarşısında jurnalistlərə müsahibəsində deyib.

“O, indiyə qədər gördüyümüz ən böyük qasırğalardan biridir. Və bu, problemə çevrilib”, - deyə Tramp bildirib.

Qeyd edək ki, rəsmi dairələr qasırğa ilə əlaqədar Florida, Corciya və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan ediblər. Floridanın sahilyanı rayonlarında sakinlər təxliyyə olunub, planlaşdırılmış həftəsonu işlər və məktəblərdə tədbirlər ləğv edilib. Bildirilir ki, “Dorian” Florida sahillərinə bazar ertəsi gecəsi çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR