Bank Of Baku

Tramp silahlara nəzarətdə “yeni dövr”ün başlamasına dair administrasiyaya göstəriş verib

Tramp silahlara nəzarətdə “yeni dövr”ün başlamasına dair administrasiyaya göstəriş verib
# 02 avqust 2019 15:39 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp silahlara nəzarətdə keçmiş ikitərəfli razılaşmalara aid olmayan “yeni dövr”ün başlamasına dair administrasiyaya göstəriş verib.
 
APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında yayılan bəyanatda bildirilib. 
 
“Yaranmış fürsətdən istifadə edərək Çin və Rusiyanı ölkəmiz və bütün dünya üçün həqiqi təhlükəsizliyi naminə bizə qoşulmağa çağırırıq”, - deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxması prosesi bu gün başa çatır. 

Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi üzrə müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb.

2018-ci ilin oktyabrında ABŞ prezidenti Donald Tramp Vaşinqtonun bu razılaşmadan geri çəkildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR