Bank Of Baku

Abdulatipov: “Dağıstanda elə məhsullar istehsal olunur ki, Azərbaycan onları başqa ölkələrdən 3 dəfə baha alır”

Abdulatipov: “Dağıstanda elə məhsullar istehsal olunur ki, Azərbaycan onları başqa ölkələrdən 3 dəfə baha alır”
# 01 noyabr 2016 11:04 (UTC +04:00)

Dağıstanla Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı Nəqliyyat Loqistika Mərkəzinin yaradılmasına dair bir sıra sənədlər hazırlanıb.

 

APA-nın məlumatına görə, bunu Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov deyib.

 

“Dağıstanda elə məhsullar istehsal olunur ki, Azərbaycan onları başqa ölkələrdən 3 dəfə baha alır. Ona görə də əməkdaşlıq üçün perspektivlər böyükdür. Əməkdaşlığımız dövlətlərarası səviyyədə yaxşı inkişaf edir. Lakin regionlararası səviyyədə hələlik zəif işləyirik. Hər iki ölkədən regional nümayəndəliklərin sayı artmalıdır", - deyə o vurğulayıb.

 
Dağıstan rəhbəri turizmin də zəif inkişaf etdiyini qeyd edib: “Biz regionlararası turizm potensialından demək olar ki, istifadə etmirik. Turistlərin səfərləri və hava rabitəsi üzərində işləyirik. Sadəcə aviaşirkətlər ilk aydan gəlir əldə etmək istəyir". 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR