Bu gün Bakıda Azərbaycan ilə Vyetnam arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın II iclasının yekunlarına dair Protokol imzalanıb.
"APA-Economics"in məlumatına görə, sənədi komissiyanın həmsədrləri – Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anh imzalayıb.
Protokol iki ölkə arasında siyasi, ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, yüksək texnologiyalar, mədəniyyət, turizm, idman, elm, təhsil, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığı əhatə edir.