Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan 1,6 mln. ədəd tut tinglərinin alınması üçün Çinlə müqavilə imzalayıb. "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda konfransda çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.
Nazir müavinin sözlərinə görə, bununla yanaşı, ölkədə tut bağlarının salınması üçün işlər görülür: "Bu il Azərbaycanda baramaçılığın inkişafında çox ciddi işlər aparılıb. Növbəti ildə isə 4 min qutu baramanın alınması nəzərdə tutulub".