Bank Of Baku

Azərbaycan meyvə-tərəvəz ixracını 19% artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını 19% artırıb
# 21 iyun 2018 13:35 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 189 mln. 773,18 min ABŞ dolları dəyərində 201 min 302,86 ton meyvə-tərəvəz ixrac edib.

 

APA-Economics” xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında yer alıb.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 5 ayı ilə müqayisədə 32 min 130,26 ton və ya 18,99% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 35 mln. 918,74 min dollar və ya 23,34% çoxdur.

 

Xatırladaq ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 153 mln. 854,44 min dollar dəyərində 169 min 172,60 ton meyvə-tərəvəz ixrac edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,57%-ni təşkil edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR