Bank Of Baku

Azərbaycanın su anbarlarında 15,5 milyard kubmetr su yığılıb

Azərbaycanın su anbarlarında 15,5 milyard kubmetr su yığılıb
# 05 iyun 2017 08:32 (UTC +04:00)

Hazırda Azərbaycanın su anbarlarında 15,5 milyard kubmetr su yığılıb.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Meliorasiya və  Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə “Xalq” qəzetində  nəşr edilən məqaləsində yazıb.

 

Ə. Əhmədzadə qeyd edib ki, bu, kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasına şərait yaradacaq: “Sudan istifadə planına əsasən, 2017-ci ildə ümumilikdə 1 milyon 416 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarılması nəzərdə tutulub. 2017-ci il iyunun 1-nə olan məlumata görə, tarixə 546 min hektar sahədə taxıl orta hesabla 2,3 dəfə suvarılıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR